İdman 15:05 15.09.2023

Şahruddin Məhəmmədəliyev Balotelli ilə komanda yoldaşı olur

"Adana Dəmirspor" heyətini Mario Balotelli ilə gücləndirib.
 
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsveçrə təmsilçisi "Sion"la müqaviləyə xitam verən Balotellinin "Adana Dəmirspor"la prinsipial razılığa gəldiyi bildirilib. Məlumata görə, hazırda İtaliyada olan hücumçu bu axşam müqaviləyə imza atmaq üçün Türkiyəyə gələcək.

"Adana Demirspor”un prezidenti Murat Sancak açıqlamasında, "Balotellinin komandamıza qayıtmasına çox şadıq. Biz hədəfimizə doğru mühüm addım atdıq” - sözlərini söyləyib.

Balotelli "Adana Dəmirspor"da meydana çıxdığı 35 matçda 19 qola, yeddi məhsuldar ötürməyə imza atıb.

Bir neçə gün öncə "Qarabağ”ın və millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev də "Adana Demirspor”a transfer olunmuşdu. 

Səbuhi Həsənov