Xəbər lenti

Dünya 19:14 23.04.2023

"Aİ ölkələri Tayvana donanma göndərməlidir" - Borrell

"Avropa ölkələri bölgədə naviqasiyanı təmin etmək üçün dəniz qüvvələrini Tayvan boğazına göndərməlidir".

Qaynarinfo "Journal du Dimanche” jurnalına istinadən xəbər verir ki, bunu Avropa İttifaqı diplomatiyasının rəhbəri Cosep Borrel deyib.

O qeyd edib ki, Aİ-nin Tayvanla bağlı mövqeyi sadə və ardıcıldır. Diplomat bildirib ki, Aİ üçün vahid Çin var, lakin "heç bir şərtlə və mütləq güc tətbiq etməklə deyil”.

Borrell qeyd edib ki, Tayvan Avropa üçün vacibdir, ona görə də bu regionda sülhü təmin etmək lazımdır:

"Bizi iqtisadi, kommersiya və texnoloji baxımdan narahat edən bu məsələdə Avropa iştirak etməlidir. Buna görə də mən Avropanın bu son dərəcə vacib ərazidə naviqasiya azadlığına sadiqliyini nümayiş etdirmək üçün Avropa Hərbi Dəniz Qüvvələrini Tayvan boğazında patrul həyata keçirməyə çağırıram. Eyni zamanda, biz təxribatlara və lazımsız paylara qarşı ayıq olmalıyıq”, deyə diplomat vurğulayıb.

Qeyd edək ki, Borrel Fransa prezidenti Emmanuel Makronun qalmaqallı bəyanatından sonra Tayvan haqda danışıb. Fransa lideri Çinə səfərindən sonra deyib ki, Avropa Tayvanla bağlı münaqişəyə qarışmamaq üçün ABŞ-dan asılılığını azaltmalıdır. Həmçinin Makronun fikrincə, Tayvan məsələsində Fransa ABŞ-ın "vassalı” olmamalıdır.

Eyni zamanda, heç də bütün Aİ ölkələri Emmanuel Makronun Çinlə dostluqla bağlı mövqeyini dəstəkləmir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->