XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Amerikalı general Rusiyanın hədəfində ola biləcək ölkələri açıqladı
Dünya18:44 13.09.2026

Amerikalı general Rusiyanın hədəfində ola biləcək ölkələri açıqladı

ABŞ ordusunun generalı, 1997–2000-ci illərdə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı olmuş Uesli Klark Rusiyanın yaxın vaxtlarda təxribat və ya hərbi əməliyyat həyata keçirə biləcəyini bildirib.

Qaynarinfo xəbər verir ki, Klarkın sözlərinə görə, mümkün istiqamətlər arasında Finlandiya, Baltikyanı ölkələr, Norveçin şimalı, Moldova və Ukrayna da var. O, bu barədə “Espreso” telekanalına açıqlamasında danışıb.

General hazırkı dövrün NATO və ABŞ üçün ciddi mərhələ olduğunu qeyd edib. Onun sözlərinə görə, NATO üzvü olan ölkəyə hücum ediləcəyi təqdirdə ABŞ-ın alyans çərçivəsində hüquqi öhdəliyi var. Bununla yanaşı, Ukraynanın sərhədlərinin və ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı mənəvi və yazılmamış öhdəlik mövcuddur.

Klark bildirib ki, NATO-nun öhdəlikləri yaxın zamanda sınaqdan keçirilə bilər. Onun sözlərinə görə, Rusiya “sürpriz” hazırlayır və bu, sentyabrın sonu, oktyabr ayında və ya daha sonrakı dövrdə baş verə bilər.

General mümkün ssenarilər sırasında Norveç, xüsusilə ölkənin şimalında hərbi fəallıq, Finlandiya və Baltikyanı ölkələri qeyd edib. O, həmçinin Kalininqradla Belarus arasındakı əlaqə, Dnestryanı bölgə və Moldova, eləcə də Ukrayna istiqamətində mümkün addımlara diqqət çəkib.

Klark NATO ölkələrinin ayıq-sayıq qalmasının və Ukraynaya dəstəyin davam etdirilməsinin vacib olduğunu bildirib.

Aydın