Xəbər lenti

AKİ-nin yeni sədri kim olacaq?
Ölkə 13:40 13.04.2026

AKİ-nin yeni sədri kim olacaq?

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri vəzifəsi uğurunda mübarizə başlayıb. Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev səsvermə hüququ olmasa da, qurultayda dəstək verəcəyi namizədin adını açıqlayıb.
 
O bildirib ki, AKİ-nin yeni sədri Şəfiqə Məmmədova olmalıdır:

"Şəfiqə Məmmədovadan başqa orada nüfuzlu adam yoxdur. O, qurumda qalan yeganə nüfuzlu adamdır".

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov isə Rasim Balayevin sağlığında Qaynarinfo-ya verdiyi açıqlamasında qurultayda Əməkdar incəsənət xadimi Elxan Cəfərovun namizədliyini dəstəkləyəcəyini bildirmişdi.

Bu arada, AKİ rəhbəri vəzifəsinə daha bir nəfərin də namizəd ola biləcəyi haqqında məlumatlar dolaşır. Məlumata görə, mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlunun da namizədliyi irəli sürülə bilər.

Məsələ ilə bağlı Orxan Fikrətoğlu ilə əlaqə saxladıq. Nazir müşaviri açıqlamasında dolaşan söz-söhbətlərdən məlumatsız olduğunu bildirdi: "Bunlar şaiyələrdir. Həm də ayıb olar, Rasim Balayevin heç qırxı çıxmayıb. Yoxdur belə bir məsələ".

Bahar Rüstəmli
--> -->