Xəbər lenti

Dünya 16:33 07.01.2024

Alen Delon oğlunu məhkəməyə verir: "Artıq onun aqressiv davranışına dözə bilmir"

Fransız aktyor Alen Delon oğlu Entonini məhkəməyə vermək istədiyini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, buna səbəb Entoninin atası barədə açıqlaması olub. Belə ki, oğul Delon məşhur aktyorun ömrünün sonuna az qaldığına eyham vurub.

O, 88 yaşlı aktyorun səhhəti ilə bağlı bunları deyib:

"Atam səhhətinin pisləşməsini qəbul edə bilmir. Onun son Milad bayramını qeyd etməsi ilə bağlı ciddi risk var. O, artıq çox danışmır və biz onu təkrar etməyə məcbur edəndə yorulur və ya əsəbiləşir", deyə Entoni bildirib.

Lakin bir neçə saat sonra Alen Delon bu iddiaya cavab verib. Ulduzun vəkilinin sözlərinə görə, Alaen Delon oğlu Entoninin açıqlamasından şoka düşüb. O, oğlunu tərəddüd etmədən yalana görə məhkəməyə vermək istəyir. Alen Delon bildirib ki, onun sağlamlığı haqqında daim yalan danışan Entoninin aqressiv davranışına artıq dözə bilmir.

Maraqlıdır ki, Entoni 2019-2022-ci illərdə Alen Delonun İsveçrədə bir klinikada müayinə olunarkən beş idrak testindən keçə bilmədiyini və bacısının bunu ailədən gizlətdiyini iddia edib. 

Xatırladaq ki, 2019-cu ilin iyulunda Alen Delon insult keçirib və indi Fransadakı evini nadir hallarda tərk edir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->