Bu il ali məktəblərə qəbul olanlar arasında şəhid xanımları da var.
Qaynarinfo ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyinə istinadən onların siyahısını təqdim edir:
Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid Baş giziri Camal İsmayılovun xanımı Fatimə İsmayılova – Odlar Yurdu Universiteti, Turizm işinin təşkili
Şəhid Leytenant Elcan Məmmədovun xanımı Gülnarə Məmmədova – Qərbi Kaspi Universiteti, Biznesin idarə edilməsi
Şəhid Baş leytenant Elməddin Nəsibovun xanımı Gülnar Nəsibova – Azərbaycan Kooperasiya Universiteti, Biznesin idarə edilməsi
Şəhid Baş leytenant Emin Mahmudovun xanımı Aytac Mahmudova – Azərbaycan Kooperasiya Universiteti, Maliyyə
Şəhid Kapitan Rəşad Əliyevin xanımı Rəfiqə Əliyeva – Azərbaycan Kooperasiya Universiteti, İqtisadiyyat
Şəhid Kapitan Hikmət Hacıyevin xanımı Rühanə Hüseynova – Lənkəran Dövlət Universiteti, Marketinq
Şərhlər