XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Kişi və qadın ətirləri niyə fərqləndirilir? - Mütəxəssis səbəbi açıqladı
DƏB23:50 27.08.2026

Kişi və qadın ətirləri niyə fərqləndirilir? - Mütəxəssis səbəbi açıqladı

Parfümeriyada kişi və qadın ətirlərinin ayrılması əsasən marketinq və mədəni ənənələrin təsiri ilə formalaşıb.

Qaynarinfo xəbər verir ki, bunu ətir kompozisiyaları üzrə ekspert Lyubov Berlyanskaya bildirib.

Qədim dövrlərdə eyni aromatik maddələrdən hər iki cinsin nümayəndələri istifadə edirdi. Bununla belə, bəzi inqrediyentlər kişi və ya qadınlarla əlaqələndirilirdi. Ekspert qeyd edib ki, bu assosiasiyalar mədəni, mifoloji və dini təsəvvürlərdən qaynaqlanırdı.

Berlyanskayanın sözlərinə görə, XX əsrə qədər parfümeriyada dəqiq gender təsnifatı mövcud olmayıb. Hər iki cinsdən olan aristokratlar çiçək, sitrus və kəhrəba notları da daxil olmaqla oxşar ətirli sularlardan istifadə edirdilər.

Ətirşünas bildirib ki, vəziyyət XX əsrdə kütləvi bazarın inkişafı ilə dəyişib. İstehsalçılar məhsulları müxtəlif auditoriyalar üçün kateqoriyalara ayırmağa və onları uyğun reklam obrazları ilə təqdim etməyə başlayıblar. Nəticədə fujer, şiprə və odunsu kompozisiyalar daha çox kişi, çiçək və aldehid kompozisiyaları isə qadın ətirləri kimi qəbul edilməyə başlayıb.

Bununla belə, belə bölgü ətirlərin obyektiv xüsusiyyətləri ilə müəyyən edilmir.

Kompozisiyanın qəbuluna onun xarici konteksti də təsir göstərir. Ətrin adı, flakonun dizaynı, qablaşdırmanın rəngi və reklam konsepsiyası insanlarda müəyyən təsəvvür yarada bilər.

Məsələn, çiçəkli ətir uyğun dizayn və mövqeləndirmə ilə kişi ətri kimi qəbul edilə bilər. Əvvəllər əsasən qadın parfümeriyası ilə əlaqələndirilən qurmə kompozisiyalar isə hazırda kişi ətirləri kolleksiyalarında da geniş istifadə olunur.

Mütəxəssis mədəni mühitin də mühüm rol oynadığını vurğulayıb. Eyni komponent müxtəlif ölkələrdə tamamilə fərqli assosiasiyalar yarada bilər.

Məsələn, Rusiyada qızılgül ənənəvi olaraq qadınlıq simvolu hesab edilir. Yaxın Şərqdə isə qızılgül kişi ətri motivi kimi qəbul edilə bilər. Yasəmənlə bağlı vəziyyət də oxşardır: bəzi mədəniyyətlərdə bu bitki uşaqlıq və gündəlik həyatla, digərlərində isə həssaslıq və cəlbediciliklə əlaqələndirilir.

Şirin qoxulara münasibət də dəyişib. Əvvəllər onlar əsasən qadınlar və uşaqlarla əlaqələndirilirdisə, hazırda şirin kompozisiyalar kişi parfümeriyasında da fəal şəkildə istifadə olunur.

Ekspertin sözlərinə görə, niş parfümeriyada ətir daha çox müəyyən cinsin nümayəndələri üçün nəzərdə tutulmuş məhsul deyil, konkret ideya və ya obrazla əlaqəli müstəqil kompozisiya kimi nəzərdən keçirilir.

Aydın