Dünya 18:54 25.05.2022

Alla Puqaçova: “Mən danışmağa başlasam, dayanmayacağam!” (VİDEO)

Rusiyalı ulduz Alla Puqaçova müharibə əleyhinə mövqeyinə görə Rusiya Federasiyasında mühakimə oluna biləcək əri Maksim Qalkini müdafiə etməyə hazır olduğunu açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bunu ailə dostu, rusiyalı publisist Marat Gelman "İ qryanul Qrem” YouTube kanalının efirində deyib.

O, Puqaçovanın sözlərindən sitat gətirib: "Maksimə qarşı cinayət iş başlasalar, o zaman mən danışmağa başlayacağam və dayanmayacağam”.

O, həmçinin əlavə edib ki, Puqaçova hələ də Ukraynadakı müharibə barədə sussa da, ukraynalıları dəstəkləyir. Bundan əlavə, Gelman qeyd edib ki, Puqaçova Putinin başlatdığı müharibəni dəlilik hesab edir, lakin o, hələ onun rejiminə qarşı mübarizə aparmağa hazır deyil.

Qeyd edək ki, Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı müdaxiləsinin ilk günlərində Alla Puqaçova Maksim Qalkin və uşaqlarla birlikdə İsrailə yola düşüb. Oradan şoumen informasiya müharibəsi aparır və Ukraynadakı müharibə ilə bağlı həqiqətləri danışır.

Belə sərt anti-müharibə mövqeyinə görə o, artıq Rusiya Federasiyasında "qadağan edilib”. Qalkin altı il işlədiyi "Birinci” kanaldan qovulub, Rusiyada bütün konsertləri ləğv edilib. Bundan əlavə, Rusiyada ona qarşı cinayət işi başlamaq istəyirlər.

İndi o, İsraildədir və artıq bir sıra konsertlərin elanını verib və əldə etdiyi gəlirin bir hissəsini ukraynalı qaçqınlara kömək üçün köçürəcək.

Nizami Bağırov