Dünya 11:16 31.08.2023

Alla Puqaçovanın “Qazprom”a 15 min borcu var - Məhkəməyə verildi

"Qazprom Mezhregionqaz” şirkəti müğənni Alla Puqaçovanı Moskvadakı mülklərindən birində qaz təchizatı xidmətinin pulunu ödəmədiyinə görə məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

İfaçının qaz işçilərinə 15 min 536 rubl borcu var. Kanal qeyd edir ki, bu məbləğ may və iyun ayları üçün qəbzlərdə yığılıb.

"Mash"ın məlumatına görə, söhbət Moskvanın Pervomayskoye qəsəbəsindəki obyektdən gedir.

Aydın