İdman 14:48 30.01.2023

Alveş həbsxanada futbol oynadı, avtoqraf payladı

Cinsi təcavüzdə ittiham olunan braziliyalı müdafiəçi Dani Alveş həbsxanada digər məhbuslarla futbol oynayıb.

Qaynarinfo-nun məlumatına görə, həbsxanada maraqla qarşılanan məşhur futbolçu avtoqraf da paylayıb. 

Alveşin keçmiş komanda yoldaşı, hazırda "Barselona"nın baş məşqçisi kimi fəaliyyyətini davam etdirən Xavi də onun durumu ilə bağlı açıqlama verib: "Daninin bu hərəkəti məni üzür. O və ya başqası olsun, hər hansı cinsi zorakılıq hərəkəti, təcavüz qınanmalıdır".

Dekabrın 30-da gecə klubunda baş verən insidentdən sonra 23 yaşlı qadın Alveşi cinsi təcavüz iddiası ilə ittiham edib və cinayət işi qaldırılıb. Futbolçu məhkəmə qarşısına çıxandan sonra müvəqqəti həbs qərarı verilib. Hazırda həbsxanada olan Alveşin günahı sübuta yetirilərsə, onu 4 ildən 12 ilə qədər həbs cəzasının gözlədiyi bildirilir.

Səbuhi Həsənov