Xəbər lenti

İdman 16:46 14.07.2022

"Şamaxı"nın yeni baş məşqçisi müəyyənləşdi

"Şamaxı"nın yeni baş məşqçisi müəyyənləşib.

Bölgə təmsilçisindən Qaynarinfo-ya verilən məlumata görə, əsas komanda Vüqar Əsgərliyə tapşırılıb. Cavid Hüseynov, Rüstəm Əliyev və Elhad Nəziri isə baş məşqçinin köməkçiləri kimi münasibətlər rəsmiləşdirilib. Eyni zamanda, Rüstəm Əliyev ilə əvvəllər imzalanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Kamran İsmayılov isə klubun baş meneceri təyin olunub.

Bildirilib ki, digər təyinatlar, komandanın məşqçi və oyunçu heyətinin formalaşdırılması ilə bağlı məlumat veriləcək.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->