Xəbər lenti

Ölkə 20:50 05.03.2024

AMEA-da yeni şöbə yaradılır

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni şöbə yaradılır.

"Report"un xəbərinə görə, bununla bağlı AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərara alınıb.

Belə ki, iclasda AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının etnologiyası şöbəsinin bazasında daxili imkanlar hesabına Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin yaradılması haqqında qərar verilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?