Xəbər lenti

Ançelotti bir ildən sonra bu komandanın baş məşqçisi olacaq
İdman 13:00 05.07.2023

Ançelotti bir ildən sonra bu komandanın baş məşqçisi olacaq

Braziliya Futbol Federasiyasının prezidenti Ednaldo Rodriges millinin yeni baş məşqçisinin adını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, prezident Fernando Dinizin milli komandaya müvəqqəti başçı təyin edildiyini bildirib. Rodriges 2023-24 mövsümü başa çatdıqdan sonra Karlo Ançelottinin komandanın "sükanı" arxasına keçəcəyini bildirib.

Federasiyanın saytında verilən açıqlamada baş məşqçi vəzifəsi üçün Fernando Dinizlə birillik müqavilə imzalandığı bildirilib. Əvvəllər Braziliyada müxtəlif komandaları çalışdıran Diniz hazırda "Fluminense”yə rəhbərlik edir. Federasiya prezidenti "Globo"ya açıqlamasında millinin növbəti məşqçisinin Karlo Ançelotti olacağını təsdiqləyib.

Rodriges açıqlamasında, "Dinizin oyun strategiyası "Amerika Kuboku"nda baş məşqçi olacaq Ançelottinin planına bənzəyir. Biz onu milliyə müvəqqəti təyinat adlandırmazdıq. O, Ançelotti gələnə qədər komandanı çalışdıracaq" - sözlərini söyləyib. 

Hazırda "Real"ı çalışdıran 64 yaşlı mütəxəssisin Madrid təmsilçisi ilə daha bir il qüvvədə olan müqaviləsi var. Bu, klub karyerası ərzində bir çox uğurlar qazanmış Ançelottinin milli komanda səviyyəsində ilk təyinatı olacaq.

"Copa America" 2024-cü il iyunun 20-də başlayacaq. Braziliya millisi DÇ-2026-nın seçmə mərhələsinin ilk oyununda sentyabrda Boliviya ilə qarşılaşacaq.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->