Xəbər lenti

Ançelotti:
İdman 23:10 22.05.2023

Ançelotti: "Bütün stadion Vinisiusa meymun kimi qışqırdı"

"Real"ın baş məşqçisi Karlo Ançelotti "Valensiya" ilə matçda Vinisiusa qarşı irqçi şüarlar səsləndirilməsinə münasibətini bildirib.

Qaynarinfo-nun məlumatına görə, mütəxəssis bunları deyib:
 
"Futbol haqqında danışmaq istəmirəm. Çox əsəbləşirəm. Bu gün burada baş verənlər ayıbdır. Bütün stadion Vinisiusa meymun kimi qışqırdı. İspaniya çempionatının problemi var və bu, Vinisius deyil. O, sadəcə qurbandır. Belə futbol oynaya bilməzsən. Oyunda qalib gəlsəydik yenə eyni sözləri deyərdim. Baş verənlər çox ciddidir. Bura böyük komandaların olduğu bir liqadır. Amma problemi aradan qaldırmalıyıq. 2023-cü ildəyik. Yeganə həll yolu elə həmin anda matçı dayandırıb evə getməkdir. Vinisiusdan oynamağa davam etmək istəyib-istəmədiyini soruşdum. Ona günahkar olmadığını və getməməli olduğunu söylədim. Futbolçuların, sadəcə, taktika haqqında düşünməsini istəyirəm. İrqçiliyə görə bir futbolçunu meydandan çıxarmağı düşünmək çox pisdir".

Ançelotti matçın son dəqiqələrində rəqibini dirsəklə vurması səbəbindən Juniorun qırmızı vərəqə ilə meydandan qovulmasını da dəyərləndirib:
 
"Vinisius üzüldü, çünki bütün istədiyi futbol oynamaqdı. Rəqibindən qurtulmağa çalışırdı. O, qəzəbli deyildi, əsəbləşdi. Dəli olan futbolçu deyil, azarkeşlərdi. Məncə matç irqçi bir hadisə olarsa, dərhal dayandırılmalıdır. İlk dəfədir stadionda kütləvi şəkildə irqçi sözlər söyləndiyini görürəm".

"Valensiya"nın "Real"ı 1:0 hesabı ilə məğlub etdiyi matçın 71-ci dəqiqəsində Madrid klubunun braziliyalı futbolçusu rəqib azarkeşlərdən birinin onu irqçi təhqirlərə "qonaq etməsi" səbəbiylə oyunu dayandırıb. Tribunaya tərəf gedərək ona qarşı tərbiyəsizlik edən azarkeşi göstərən Vinisiusun bu cəhdindən sonra baş hakim Rikardo de Burqos Benqotxea, və hər iki komandanın məşqçiləri, həmçinin futbolçuları da olaya müdaxilə edib. Daha sonra polis tribunanın sözügedən tərəfdarın yerləşdiyi hissəni boşaldıb. Təxminən 10 dəqiqə dayandırılan oyun yalnız bundan sonra qaldığı yerdən davam edib. Oyun dayandırıldığı zaman irqçilik göstərilməməsinə dair anons verilib. İspaniya La Liqasında mövsüm ərzində Vinisiusa qarşı bir neçə dəfə irqçi hadisələr baş verib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->