Xəbər lenti

Ançelotti Mbappe ilə bağlı sualı cavablandırmaqdan imtina etdi
İdman 11:25 27.07.2023

Ançelotti Mbappe ilə bağlı sualı cavablandırmaqdan imtina etdi

"Real Madrid”in baş məşqçisi Karlo Ançelotti "Mançester Yunayted”lə yoldaşlıq oyunundan sonra fransalı hücumçu Kilian Mbappenin mümkün transferi ilə bağlı jurnalistlərin suallarını cavablandırmayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə championship.com məlumat yayıb.

"Mbappe? Növbəti sual, deyə mütəxəssis bildirib.

İyulun 24-də "Relovo” xəbər verib ki, Mbappe PSJ-dən Səudiyyə Ərəbistanının "Əl-Hilal” klubuna keçməkdən imtina edib, baxmayaraq ki, klublar artıq transfer barədə razılığa gəliblər. Hücumçu "Real Madrid" ilə apardığı gizli danışıqların cəzası olaraq bütün növbəti mövsümü PSJ-də ehtiyat oyunçular skamyasında keçirməyə razılaşıb.

İyulun 21-də PSJ rəhbərliyi hücumçu Mbappeni Yaponiyaya mövsümöncəsi turne ərizəsindən kənarlaşdırıb. "L'Equipe"nin məlumatına görə, buna onun gələn yay azad agent kimi "Real Madrid"ə keçmək üçün gizli müqavilə imzalaması səbəb olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->