Türkiyənin paytaxtı Ankarada güclü leysan yağışı başlayıb.
Qaynarinfo-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Anadolu” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, yağan sel nəticəsində 21 yaşlı qız həyatını itirib, bir nəfər isə itkin düşüb.
Həmin şəxsin axtarışları davam etdirilir.
Şərhlər