Xəbər lenti

Anklav kəndlər müzakirə masasında: Tərəflər razılığa gəlib? (ŞƏRH)
Siyasət 15:03 04.12.2023

Anklav kəndlər müzakirə masasında: Tərəflər razılığa gəlib? (ŞƏRH)

"Yaxın dövrdə bu istiqamətdə ciddi nəticənin alınacağı ehtimalı azdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy erməni mətbuatının sərhəd görüşündə anklav kəndlər məsələsinin müzakirə edildiyi barədə məlumatları şərh edərkən deyib.

Ekspert bildirib ki, dəqiqləşdirmələrdə hansı xəritələrin istifadə edilməsi məsələsi açıq qalır:

"Erməni tərəfi 1974-1978-ci və 1991-ci illərin xəritəsini əsas götürür. Azərbaycan tərəfi çoxxəritəli metoddan bəhs edir. Azərbaycan 8 anklav kəndin qaytarılmasını istəyir. Paşinyan isə anti-terror əməliyyatları çərçivəsində Azərbaycanın onların hansısa ərazisini ələ keçirməsi barədə uydurma ittihamlar səsləndirir. Düşünürəm ki, müzakirə fonunda anklavlar məsələsi gündəmə gəlib. Ancaq bu proses uzun çəkəcək".
 
Nazim Cəfərsoy qeyd edib ki, tərəflərin bununla bağlı fikir ayrılığı uzunmüddətli müzakirələrin nəzərdə tutulduğundan xəbər verir:



"Qazaxdakı görüşdən çıratdığım ilk nətəcə odur ki, tərəflər prosesin uzun müddətli olacağını düşünür və bununla bağlı artıq rəsmiləşən forma razılaşdırmağa çalışırlar".

Ekspert qeyd edib ki, tərəflər hələlik nəbz yoxlaması ilə məşğuldur:

"İrəvanın Başkənd və digər məsələləri dilə gətirməsi göstərir ki, razılaşma ilə bağlı məsələlər hələ müzakirə mərhələsindədir. Amma bunlar hələlik iddiadır. Tərəflər hələlik bu mövzuda bir-birinin nəbzini yoxlayır. Ona görə də yaxın dövrdə bu istiqamətdə toplu nəticənin alınacağı ehtimalı azdır. Müzakirələr daha uzunmüddətli olacaq".

Qeyd edək ki, erməni mediası sərhəddə keçirilən 30 noyabr görüşündə anklavlar məsələsinin də müzakirə edildiyini, onların qaytarılması  istiqamətində razılıq olduğunu yazıb. Erməni mediası buna əsas kimi Nikol Paşinyanın "Ermənistanın 29 800 kilometr ərazisinə Sovet dövründə Azərbaycana məxsus olan anklavlar daxil deyil” fikirlərini yada salıb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->