Xəbər lenti

Expressbank "Banking Excellence Award" mükafatına layiq görülüb
Ekonomiks11:07 14.10.2026

Expressbank "Banking Excellence Award" mükafatına layiq görülüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Expressbank Tbilisidə keçirilən “Fusion Georgia 2026: Banking & Retail” beynəlxalq forumunda “Banking Excellence Award” mükafatı ilə təltif olunub.

Bankı forumda Ödəniş sistemlərinin idarə edilməsi departamentinin müdiri Zaur Abasov və Texniki avadanlıqlara nəzarət şöbəsinin müdiri Hikmət Hüseynov təmsil ediblər.

Beynəlxalq texnologiya şirkəti BS/2-nin təşkilatçılığı ilə ilk dəfə Gürcüstanda keçirilən forum Azərbaycan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Litvadan 300-dən çox bankçılıq, fintex, pərakəndə ticarət və texnologiya sahəsinin nümayəndələrini bir araya gətirib. Tədbir çərçivəsində rəqəmsal xidmətlər, müasir bank texnologiyaları və regionun maliyyə sektorunun gələcək inkişaf istiqamətləri müzakirə olunub.

Bu mükafat Expressbankın bankçılıqda xidmət keyfiyyətinin yüksəldilməsi və müştəri təcrübəsinin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi işlərin beynəlxalq səviyyədə qiymətləndirilməsinin göstəricisidir.

Expressbank bu uğurda əməyi olan komanda üzvlərinə və Banka etimad göstərən müştərilərinə təşəkkür edir.

"Expressbank" ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir.