Bu il iyulun 1-i tarixinə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 72 596 milyon ABŞ dolları (123 414 milyon manat) təşkil edib.
Qaynarinfo Fonda istinadən xəbər verir ki, bu göstərici ilin əvvəli ilə müqayisədə 1,29% azdır.
2026-cı ilin yanvar-iyun ayları ərzində ARDNF-nin ümumi gəlirləri 8 531, 3 milyon manat təşkil edib. Sözügedən dövrdə Fondun neft-qaz gəlirləri 4 953,4 milyon manat olub. Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplam gəlirlər 3 577,9 milyon manat təşkil edib. Büdcə xərcləri hesabat dövrü üzrə 6 449,7 milyon manat təşkil edib.
ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 953,4 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 4 947,6 milyon manat, bonus ödənişləri və tranzit gəlirləri 0,9 milyon manat akrhesabı ödənişləri isə 4,9 mln manat təşkil edib.
Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 4 374,9 milyon manat, Şahdəniz yatağından (qaz və kondensat) isə 437,1 milyon manat məbləğində vəsait daxil olub.
Şərhlər