Xəbər lenti

Dünya 13:40 03.06.2022

Avropa İttifaqı, nəhayət, Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqlədi

Aİ Şurası nəhayət ki, Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqləyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Şurasının saytında dərc edilmiş bəyanatda deyilir.

"Aİ Şurası bu gün Rusiya və Belarusa qarşı altıncı iqtisadi və şəxsi sanksiyalar paketinin tətbiqi barədə qərar qəbul edib", - sənəddə deyilir.

Sənəd daha sonra Aİ-nin rəsmi jurnalında dərc olunacaq.

Sanksiyalar dərc edildikdən sonra qüvvəyə minə bilər, eyni zamanda şəxsi məhdudlaşdırma tədbirlərinə cəlb edilmiş şəxslərin siyahıları məlum olacaq.

Daha əvvəl Avropa Şurasının rəhbəri Çarlz Mişel Aİ-nin Rusiya Federasiyasına qarşı altıncı sanksiyalar paketi, o cümlədən Rusiya neftinin idxalına qismən embarqo, Rusiyanın üç dövlət kanalının yayımına qadağa qoyulması və Sberbank-ın SWIFT-dən ayrılması barədə razılığa gəldiyini açıqlamışdı.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->