Xəbər lenti

Avropa Komissiyasının vitse-prezidenti istefa verməyə hazırlaşır
Dünya 21:40 20.07.2023

Avropa Komissiyasının vitse-prezidenti istefa verməyə hazırlaşır

Avropa Komissiyasının Niderlandda olan vitse-prezidenti Frans Timmermans vətənində keçiriləcək seçkilərdə liderlik uğrunda mübarizə aparmaq və sosial-demokratlar və solçu yaşıllar blokuna rəhbərlik etmək üçün vəzifəsini tərk edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” yazır.

Mediada yayılan məlumatlara görə, Əmək Partiyasının üzvü olan Timmermans artıq qərarını Avropa Komissiyasına çatdırıb və iddialara görə, cümə axşamı günü rəsmi açıqlama verməyə hazırlaşır.

Avropa Komissiyası və Əmək partiyasının nümayəndələri bu məlumatı təsdiq və ya təkzib etməkdən imtina ediblər.

62 yaşlı Timmermans iqlim dəyişikliyi ilə bağlı hərtərəfli siyasət proqramı – "Avropa yaşıl kursu”na  cavabdehdir.

Frans Timmermans ölkəsində yaxşı tanınır. Xüsusilə, 2012-2014-cü illərdə Timmermans o vaxtkı baş nazir Mark Rütte hökumətində Xarici İşlər Nazirliyinə rəhbərlik edib. Frans Timmermans son 10 ilini Brüsseldə keçirib.

Timmermans ana dilindən əlavə ingilis, fransız, alman, italyan və rus dillərində danışır və xüsusilə iqlim dəyişikliyi ilə bağlı beynəlxalq görüşlərdə bacarıqlı danışıqçı kimi tanınır. Onun Avropa Komissiyasından istefası Avropa siyasətində gələcək proseslərə böyük təsir göstərə bilər.

Xatırladaq ki, Mark Rüttenin başçılıq etdiyi Niderland hökuməti koalisiyanın ayrı-ayrı partiyalarının miqrasiya siyasəti ilə bağlı ziddiyyətli mövqelərini görə istefa verib. 

Hökumətinin istefasından sonra Rütte 5-ci müddətə namizədliyini irəli sürməyəcəyini və noyabrın 22-nə təyin edilmiş parlament seçkilərindən sonra siyasətdən ayrılacağını açıqlayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->