İdman 23:40 07.03.2024

Avropa Liqası: "Qarabağ" Bundesliqanın lideri ilə "sülh" bağladı

[leech=http://]"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib.[/leech]

Qaynarinfo xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Almaniyanın "Bayer 04" klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 2:2.

26-cı dəqiqədə Yassin Benzia hesabı açıb. 45+2-ci dəqiqədə Olavio Juninyo qonaqları növbəti dəfə məyus edib.

Leverkuzen təmsilçisinin heyətində Florian Virtz 70-ci dəqiqədə fərqi azaldıb. 90+2-ci dəqiqədə Patrik Şik Almaniya klubunu məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

Avropa Liqası
1/8 final (ilk oyun)
7 mart

Qarabağ (Azərbaycan) - Bayer (Almaniya) 2:2
Qollar: Yassin Benzya, 26. Juninyo, 45+2 - Florian Virts, 70. Patrik Şik, 90+2.
Qarabağ: 99. Andrey Lunyov, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Juninyo, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Mateus Silva, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 19. Redon Cica, 24. Aleksey İsayev, 30. Abbas Hüseynov, 81. Kevin Medina, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Bayer: 17. Matey Kovar, 4. Conatan Ta, 6. Odilon Kossunu, 8. Robert Andrix, 9. Borxa İqlesias, 12. Edmond Tapsoba, 19. Natan Tella, 20. Alexandro Qrimaldo, 21. Amin Adli, 23. Adam Hlojek, 25. Esekyel Palasios.
Ehtiyat oyunçular: 1. Lukas Hradeçki, 36. Niklas Lomb, 2. Yosip Stanişiç, 3. Pyero İnkapye, 7. Yonas Hofmann, 10. Florian Virts, 13. Patrik Şik, 30. Jeremi Frimponq, 32. Qustavo Puerta, 34. Qranit Caka.
Baş məşqçi: Xabi Alonso.
Baş hakim: Benua Bastyen (Fransa).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qeyd edək ki, komandalar arasında cavab görüşü martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.