Nüfuzlu "Transfermarkt" portalı Avropa klublarında ən çox maaş alan oyunçuların siyahısını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, siyahıya illik 31,6 milyon məvaciblə "Mançester Siti"nin hücumçusu Erlinq Holand başçılıq edir.
Avropanın top-5 liqasında ən çox maaş alan 5 futbolçu aşağıdakılardır:
Erlinq Holand ("Mançester Siti") – 31,6 milyon avro
Kilian Mbappe ("Real Madrid") – 31,3 milyon avro
Harri Keyn ("Bayern Münhen") – 25 milyon avro
Vinisius Junior ("Real Madrid") – 25 milyon avro
Məhəmməd Salah ("Liverpul") – 24,1 milyon avro
Şərhlər