XƏBƏR LENTİ

09:20
Kölgə

Şərhlər

Xəbər lenti

09:20
Kölgə
Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? (VİDEO)
Ölkə11:25 18.08.2026

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? (VİDEO)

Sosial şəbəkələrdə avtomobillərin dövlət qeydiyyat nişanını gizlətmək üçün xüsusi vasitələr satılır. Bu qurğuların satışını həyata keçirənlər az olsa da, maraqlananlar kifayət qədərdir.

Bəziləri etdikləri qayda pozuntularından qaçmaq, radarlardan yayınmaq üçün bu yola əl atırlar.

Amma qanunvericiliyin tələbinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına hər hansı formada müdaxilə etmək hüquqi məsuliyyət yaradır.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, bu kimi halların baş verməsi yolverilməzdir.

İdarə xəbərdarlıq edir ki, bu cür müdaxilə məsuliyyətdən yayınma vasitəsi deyil, əksinə, ayrıca inzibati məsuliyyət yaradan əməldir.//Xəzər TV