Xəbər lenti

Tovuzda su kanalından iki meyit aşkarlandı (FOTO)
Ölkə08:52 18.08.2026

Tovuzda su kanalından iki meyit aşkarlandı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tovuz rayonunda Xatınlı avtomobil yolununun kənarında yerləşən su kanalından iki kişi meyiti aşkar edilib.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, meyitlərdən biri "VAZ 2107" markalı avtomobildə sıxılmış vəziyyətdə, digəri isə nəqliyyat vasitəsindən təxminən 100 metr kənarda olub.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün meyiti xüsusi avadanlıqların köməyi ilə çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Avtomobildə olan şəxs Xatınlı kənd sakini Həziyev Səid Sakit oğlu, digəri isə Müseyibov Arzu Şahmar ogludur.

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub, hadisənin başvermə səbəbi araşdırılır.