Xəbər lenti

Axtarışda olan 83 nəfər saxlanıldı
Ölkə 10:25 11.07.2026

Axtarışda olan 83 nəfər saxlanıldı

İyulun 10-da ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 83, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

⁠Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

⁠⁠Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->