Xəbər lenti

İdman 23:42 10.07.2026

"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi

Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" növbəti yoxlama oyununu keçirib.

Qaynarinfo xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi komanda Serbiyanın "Radniçki Niş" kollektivi ilə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşma Bakı təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb - 0:3. Görüşdə "ağ-qaralar"ın qollarını Breno Almeyda (dubl) və Ağadadaş Salyanski vurublar.

Xatırladaq ki, "Neftçi" Sloveniya toplanışı çərçivəsində keçirdiyi əvvəlki yoxlama oyunlarında Serbiyanın "Partizan" (0:1) və Rumıniyanın "ÇFR Kluj" (1:2) komandalarına məğlub olmuşdu.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->