Maqazin 12:54 28.10.2023

Aygün Bəylər süni tənəffüs aparatına qoşulub? (AÇIQLAMA)

Əməkdar artist Aygün Bəylər haqqında yayılan xəbərlərə münasibət bildirib.

Qaynarinfo olay.az-a istinadən xəbər verir ki, əməkdar artist süni tənəffüs aparatına qoşulması ilə bağlı məlumatın dezinformasiya və təxribat xarakterli olduğunu vurğulayıb: 

"Səhhətimlə bağlı yayılan xəbərlərin hamısı yalan və təxribatdır. Xahiş edirəm, yayılan yalanlara inanmayın".

Aygün Bəylər solo konsertə hazırlaşdığını da qeyd edib.