XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ayxan Mirzəzadə Avropa çempionu oldu
İdman19:15 03.09.2026

Ayxan Mirzəzadə Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Ayxan Mirzəzadə (60 kiloqram) Monteneqronun paytaxtı Podqoritsada keçirilən U-21 Avropa çempionatında final görüşünə çıxıb.

Qaynarinfo xəbər verir ki, həlledici qarşılaşmada fransalı Lüsyen Tiksyeni məğlub edən idmançı qitə yarışının qızıl medalını qazanıb.
Bu gün həmçinin, Məhəmməd Musayev (66 kiloqram) Avropa çempionluğu, Xədicə Qədəşova (57 kiloqram) isə bürünc medal uğrunda mübarizə aparacaq.

Nərgiz Əhmədova, Gülyaz Musayeva (hər ikisi 48 kiloqram), Aysun Məmmədova (52 kiloqram) və Aytən Verdiyeva (57 kiloqram) isə yarışı medalsız başa vurublar.

Qeyd edək ki, sentyabrın 5-dək davam edəcək çempionatda 44 ölkədən 400 cüdoçu (222 oğlan, 178 qız) iştirak edir. Azərbaycan yarışda 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunur.