XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Tailand və Sinqapurun baş nazirləri mahnı oxudu (VİDEO)
Dünya18:05 03.09.2026

Tailand və Sinqapurun baş nazirləri mahnı oxudu (VİDEO)

Tailandın baş naziri Anutin Çanvirakun “The Beatles” qrupunun “Let It Be” mahnısını ifa edib, Sinqapurun baş naziri Lourens Vonq isə onu gitara ilə müşayiət edib.

Qaynarifno xəbər verir ki, improvizə olunmuş çıxış Sinqapur hökumət başçısının Banqkoka rəsmi səfəri çərçivəsində baş tutub.

Yüksək səviyyədə keçirilən konsert Banqkokda hökumət binasının ərazisində yerləşən Santi-Maitri binasında təşkil olunub və Sinqapur nümayəndə heyətinin rəsmi səfərinin yekunu olub.

Baş nazirlərdən ibarət duet Bob Dilanın “Blowin’ in the Wind” mahnısını da ifa edib. Çıxışın videosu sosial şəbəkələrdə geniş yayılıb və ifanın keyfiyyəti ilə bağlı çoxsaylı müsbət rəylər alıb.

Aydın