İdman 10:13 05.05.2022

Azərbaycan futbolunda nadir görüntü: Klub rəsmisi azarkeşin cavabını sosial şəbəkədə verdi (FOTO)

"Kəpəz"in azarkeşlərinin nə qədər çılğın, tələbkar olduğunu yəqin ki, futbolsevərlər çox yaxşı bilir. Həm komandalarına dəstək, həm də başqa məsələlərdə klubun yanında olmaq baxımından özünəməxsusluqları ilə seçilən gəncəli fanatlar yeri gələndə sərt şəkildə etirazlarını da bildirməyi bacarırlar. Onlar bu baxımdan təkcə tribunalarda deyil, sosial şəbəklərdə də seçilirlər.
 
Təbii ki, ənənəvi olaraq sosial şəbəkələrdə azarkeşlərin tənqidlərini və ya hansısa tələblərinin klub rəsmilərinin cavabsız qoyduğuna şahidlik edirik. Düzdür, sonradan məlumat lazımi instansiyalara çatdırılır. Bununla bağlı müəyyən tədbirlər görülür. "Kəpəz"in icraçı direktoru İlqar Nadiri isə nadir görülən addım atıb. Belə ki, klub rəsmisi azarkeşin sosial şəbəkədəki sualını, daha doğrusu, tələbini birbaşa özü cavablandırıb. Bu idmanda, ələləxsus da futbolda tez-tez rastlaşmadığımız addımdır.

Belə ki, "Kəpəz"in fanatlarından olan Müşfiq Məmmədov şəxsi feysbuk səhifəsində növbəti mövsümdən Premyer Liqada oynayacağı gözlənilən Gəncə klubunun rəhbərliyinin azarkeşlərlə görüşməsini tələb edib. 

Bir neçə dəqiqədən sonra "Kəpəz" rəsmisi həmin azarkeşə cavab yazıb. Nadiri azarkeşlərlə hər zaman görüşməyə hazır olduğunu, onların fikirlərini dinləyə biləcəyini yazıb. İcraçı direktor azarkeşlərin istəklərini, tənqidlərini anlayışla qarşıladıqlarını da onların nəzərinə çatdırıb. 

Həmin yazışmaların fotolarını da sizlərlə paylaşırıq:
 
Səbuhi Həsənov