Bu gün Azərbaycan Premyer Liqasında 15-ci tura yekun vurulacaq.
Qaynarinfo-nun məlumatına görə, turun son qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. "Qarabağ" doğma azarkeşləri önündə "Qəbələ"ni qəbul edəcək. Saat 19.30-da keçiriləcək qarşılaşmanın baş hakimi Tural Qurbanov olacaq.
4 dekabr (bazar ertəsi)
19:30. "Qarabağ" – "Qəbələ"
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Zöhrab Abbasov, Rəşad Əhmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tofiq Bəhramov adına Respublika stadionu
"Qarabağ" - 29, "Zirə" - 28, "Sumqayıt" - 23, "Səbail" - 23, "Araz-Naxçıvan" -22, "Neftçi" - 22, "Sabah" - 19, "Turan Tovuz" - 16, "Qəbələ" - 11, "Kəpəz" - 10
Səbuhi Həsənov
Şərhlər