Xəbər lenti

Azərbaycanda ağır yol qəzası: Bir nəfər ölüb, yeddi nəfər yaralanıb
Ölkə 09:41 19.02.2023

Azərbaycanda ağır yol qəzası: Bir nəfər ölüb, yeddi nəfər yaralanıb

Fevralın 18-də saat 19:00 radələrində Biləsuvar rayonu Arazvari kəndi ərazisində bir nəfərin ölməsi və yeddi nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən  bildirilib ki, baş verən qəzada iki minik avtomobili toqquşub.

Nəticədə "VAZ 21 07” markalı minik avtomobilinin sürücüsü, 1949-cü il təvəllüdlü Hidayət Rzayev ölüb, iki sərnişini və "VAZ 21 06” markalı minik avtomobilin sürücüsü və dörd sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->