XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bakıda bütün universitetlər distant təhsilə keçir - RƏSMİ
Ölkə19:54 22.09.2026

Bakıda bütün universitetlər distant təhsilə keçir - RƏSMİ

Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əmr imzalanıb.

Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 23-25 sentyabr tarixlərində Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil olunacaq.

Əmr Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirildiyi müddətdə tədris prosesinin fasiləsizliyinin təmin olunması məqsədilə imzalanıb.
Ali təhsil müəssisələrinə əmrin icrası ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırılıb.