Ekonomiks 14:18 28.01.2023

Azərbaycanda ət məhsulları niyə bahadır?

Sosial şəbəkələrdə Fransada bir kiloqram ətin qiymətinin 3,95 avroya satılması ilə bağlı fotolar yayılıb. Fransa kimi ölkədə ətin qiymətinin ucuz olması böyük müzakirələrə səbəb olub. Bəs, Fransda ətin qiymətinin ucuz olmasının səbəbi nədir? 

İqtisadçı ekspert Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bunun səbəbini fransızların ət və ət məhsullarına təlabatının az olması ilə izah edib:

"Əgər ət ölkəyə xaricdən gətirilirsə, təbii ki, baha satılır. Amma ətin keyfiyyət məsələsi ən vacib məqamdır. Biz bilmirik o qiymətə satılan ətin keyfiyyəti necədir?! İkincisi, Fransa daxili ət və ət məhsullarının səviyyəsini bilmədən fikir yürütmək olmaz. Ola bilər ki, Fransada ətin daxili istehsalı yüksəkdir və bir bir başa qiymətə təsir edir. İkincisi, azərbaycanlılar əti daha çox yeyir, fransızlar isə ət yeyən millət deyil. Onlar donuz, balıq, toyuq ətinə daha çox üstünlük verir. Bu baxımdan Azərbaycanda ətin qiyməti bahadır”. 
 


Fransa ilə müqayisədə Azərbaycanda ətin qiymətinin yüksək olmasına gəlincə, Əkrəm Həsənov deyir ki, əgər bir ölkədə sağlam bazar iqtisadiyyatı, şəffaflıq yoxdursa, orada iqtisadiyyat inkişaf etmir:

"Bizdə korrupsiyadır, sağlam rəqabət mühiti yoxdur. Onlar da qiymətə təsir göstərir. Azərbaycanda kənd təsərrüfatı sahəsi yavaş-yavaş inhisarlaşır, iri fermerlər yavaş-yavaş müəyyən əllərdə cəmləşir. Bu da bir başa qiymətə təsir göstərir”. 

Bahar Rüstəmli