XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Taxt Oyunları" yeni rekord müəyyənləşdirdi
Sənət14:56 17.08.2026

"Taxt Oyunları" yeni rekord müəyyənləşdirdi

Amerikalı yazıçı Corc R. R. Martinin “Taxt Oyunları” kitabı yeni rekord müəyyənləşdirib.

Qaynarinfo xəbər verir ki, bu barədə “Parade” məlumat yayıb.

Martin 1996-cı ildə öz fentezi silsiləsi “Buz və alov nəğməsi”nin ilk kitabı olan “Taxt Oyunları”nı nəşr etdirib. Bu yaxınlarda əsər beynəlxalq oxu həvəskarları sosial şəbəkəsi “Goodreads”in versiyasına görə “Ən yaxşı epik fentezi romanı” seçilib.

“Goodreads” platformasında roman 4,45 bal reytinqə malikdir və oxucular tərəfindən 2,8 milyondan çox dəfə qiymətləndirilib.

Nəşr edildikdən sonra “Taxt Oyunları” 1996-cı ilin fentezi janrında “ən mühüm hadisə” adlandırılıb. 2011-ci ildə HBO telekanalı romanı ekranlaşdırdıqdan sonra əsərə maraq yenidən artıb və seriyaya daxil olan kitabların satışları yüksəlib.

2026-cı ilə qədər “Buz və alov nəğməsi” silsiləsinə daxil olan kitablar 100 milyondan çox tirajla satılıb və 47-dən çox dilə tərcümə edilib.

Aydın