Ermənistandan Azərbaycana hansı məhsullar ixrac edilə bilər? (VİDEO)
Yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac tədarükünə başlanılması gözlənilir. Bu, artıq sadəcə ehtimal deyil. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib.
Bəs Azərbaycan Ermənistandan hansı məhsulları idxal edə bilər?
İqtisadçı ekspert Eyyub Kərimlinin Baku TV-yə bildirdiyinə görə, Ermənistanın kifayət qədər geniş ixrac imkanları var. Ölkənin ixrac strukturunda əlvan metallar, kənd təsərrüfatı məhsulları, meyvə, balıq məhsulları və spirtli içkilər mühüm yer tutur.
Ekspert hesab edir ki, Azərbaycan Ermənistan üçün logistik və nəqliyyat baxımından yaxın bazar olduğundan, müəyyən məhsulların ölkəmizə idxalı üçün imkanlar yarana bilər. Ermənistanın əsas ixrac bazarının hazırda Rusiya olduğunu bildirən ekspert bu asılılığın azaldılmasının İrəvan üçün prioritetlərdən birinə çevrildiyini qeyd edib. O, Ermənistanın Azərbaycana elektrik enerjisi ixracı məsələsinə də toxunub. Eyyub Kərimlinin sözlərinə görə, Azərbaycan enerji potensialına görə Ermənistan üçün daha yaxın və sərfəli təchizat mənbəyi ola bilər.
Şərhlər