İdman 17:07 28.02.2024

Azərbaycanlı FİFA referisinə beynəlxalq təyinat

Azərbaucanlı FIFA referisi Fəridə Lütfəliyeva beynəlxalq yoldaşlıq oyununa təyinat alıb.
 
Qaynarinfo-nun məlumatına görə, Lütfəliyeva Türkiyənin Antalya şəhərində yerləşən "Atatürk” Olimpiya Stadionunda bu gün keçiriləcək qadın futbolçulardan ibarət Türkiyə – Rumıniya yoldaşlıq görüşünün baş hakimi olacaq.
 
Ona Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcək. Dördüncü hakim funksiyasını isə türkiyəli Cansu Tiryaki yerinə yetirəcək.
 
Səbuhi Həsənov