Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navainin (Nəvai Bəkirov) rus bloger Anastasiya Mironova ilə münasibətdə olduğu iddia edilib.
Şayiələr fonunda cütlük ukraynalı müğənni Anna Astinin (əsl adı Anna Dzyuba - red.) ad günündə görüntülənib. "Super"in lentə aldığı videoda Navai ilə Anastasiyanın səmimi görüntüləri diqqət çəkib.
Lakin nəşr onu da qeyd edib ki, Navai məclisdə zarafatla Anastasiyanı böyük bacısı kimi təqdim edib.
Onu da əlavə edək ki, Navai ilə bolger bu yaxınlarda Yaponiyada eyni məkanlardan paylaşım ediblər.//Axşam.az
Şərhlər