Amerikalı müğənni və aktrisa Ledi Qaqa və onun nişanlısı, amerikalı sahibkar Maykl Polanski ilk dəfə valideyn olublar.
Qaynarinfo xəbər verir ki, bu barədə “Page Six” məlumat yayıb.
Cütlüyün bu, ilk övladıdır. Bununla belə, körpə ilə bağlı təfərrüatlar hələlik açıqlanmır. Onun adı və cinsi, eləcə də dəqiq doğum tarixi məlum deyil.
Ledi Qaqa, Maykl Polanski və yeni doğulan körpələri artıq birlikdə görüntüləniblər. Ailə ilk dəfə Şimali Kaliforniyada ictimaiyyət qarşısına çıxıb.
Müğənninin nümayəndələri jurnalistlərin şərh almaq üçün göndərdiyi sorğuya hələ cavab verməyiblər.
“People” yazır ki, Qaqa daha əvvəl dəfələrlə ana olmaq arzusundan danışıb. Belə ki, 2019-cu ilin dekabrında müğənni qarşıdakı 10 il üçün planlarını bölüşərkən övlad sahibi olmaq istədiyini açıq şəkildə bildirib: “Mən daha çox filmdə çəkilmək istəyirəm, uşaqlarımın olmasını istəyirəm”.
2020-ci ilin martında isə Qaqa ailə qurmaq niyyətindən yenidən səmimi şəkildə danışıb. “Mən çox istəyirəm ki, uşaqlarım olsun. Ana olmaq fürsətini səbirsizliklə gözləyirəm. Bu, görəsən, möcüzə deyilmi? Biz insanı öz daxilimizdə daşıya və böyüdə bilirik. Sonra o dünyaya gəlir və bizim vəzifəmiz onun həyatını dəstəkləmək olur”, deyə müğənni qeyd edib.
Aydın
Şərhlər