Xəbər lenti

Ölkə 15:37 14.11.2025

"Azərsilah"ın Şirvandakı zavodunda qəza oldu - Ölən var

Bu gün günorta saatlarında "Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin strukturuna daxil olan "Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, qəza nəticəsində müəssisənin əməkdaşı İsmayılov Adil Balaş oğlu həlak olub.

Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->