Xəbər lenti

Bakı metrosunda həlak olan şəxs nazirliyin sabiq əməkdaşı olub
Ölkə 22:15 02.06.2024

Bakı metrosunda həlak olan şəxs nazirliyin sabiq əməkdaşı olub

Bakı metrosunun "28 May" stansiyasında qatar yoluna düşərək həlak olan sərnişin nazirliyin sabiq əməkdaşı olub.

Qaynarinfo Oxu.az-a istinadən xəbər verir ki, 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayev Fövqəladə Hallar Nazirliyində (FHN) çalışıb və bir neçə ildir ki, təqaüdə çıxıb.

Qeyd edək ki, qatar həmin şəxsin üstündən keçib və o, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->