Xəbər lenti

Bakıda Macarıstan kinosu festivalı keçirilir
Sənət 18:16 07.05.2022

Bakıda Macarıstan kinosu festivalı keçirilir

Macarıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda Macarıstan kinosu festivalı keçirilir.

Qaynarinfo xəbər verir ki, mayın 8-dək keçiriləcək festival çərçivəsində üç film nümayiş etdiriləcək.

Qeyd edək ki, kinofestivalın ilk günündə tamaşaçılara "Buşo” festivalında iştirak etmiş qısametrajlı filmlər təqdim olunub. Onlar arasında "Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində Macarıstanda təhsil alan azərbaycanlı tələbələrin çəkdiyi 2 qısametrajlı film də var.

Festivalın həmçinin dram janrında lentə alınmış "Toksikomo” filmi nümayiş olunacaq. Sonuncu gündə kinofestivalın qonaqları "Buğanın laylası” komediyasını da izləyəcəklər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->