Xəbər lenti

Bakıda orta əməkhaqqı 7 %-dən çox artıb
Ekonomiks 11:22 13.12.2024

Bakıda orta əməkhaqqı 7 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 min 252,7 manat təşkil edib.

Bu barədə Qaynarinfo-ya Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,3 % artıb.

Qeyd edək ki, 9 ayda Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8 % artaraq 993 manat təşkil edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->