Xəbər lenti

Bakıda qadın voleybolçular arasında Avropa çempionatının açılış mərasimi keçirilib
İdman19:19 21.08.2026

Bakıda qadın voleybolçular arasında Avropa çempionatının açılış mərasimi keçirilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Bakıda startı veriləcək qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun oyunları ilə bağlı açılış mərasimi keçirilib.

Qaynarinfo xəbər verir ki, Milli Gimnastika Arenasındakı mərasim şou proqramla başlayıb. Daha sonra bu gün, saat 19:00-da başlayacaq açılış matçında qarşılaşacaq Azərbaycan və Portuqaliyanın bayraqları meydançaya gətirilib, ardınca hər iki ölkənin himnləri səsləndirilib.

Bakıdakı oyunlar avqustun 28-nə qədər Milli Gimnastika Arenasında təşkil olunacaq. Sentyabrın 6-na qədər davam edəcək AVRO-2026 Azərbaycan, Türkiyə, İsveç və Çexiyanın ev sahibliyi ilə keçirilir. Faiq Qarayevin baş məşqçi olduğu Azərbaycan komandası C qrupunda Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə mübarizə aparacaq. Reqlamentə əsasən, qruplarda ilk 4 yeri tutan komandalar pley-offa yüksələcək./Report