Xəbər lenti

İdman 16:15 16.02.2024

Basketbolçu bu xahişinə görə 75 min dollar cərimələndi

Amerikanın əsas basketbol liqası olan NBA-da "Los Angeles Clippers” in oyunçusu P.J. Taker 75 min dollar cərimələnib.

Qaynarionfo-nun məlumatına görə, buna səbəb onun açıq şəkildə başqa komandaya keçirilməsini xahiş etməsi olub. Bu barədə NBA-nın mətbuat xidmətindən açıqlama verilib.

Taker ötən ilin noyabrında "Filadelfiya"dan "Clippers"ə transfer olunmuşdu. Ümumilikdə, Taker bu mövsüm 15 oyun keçirib, orta hesabla 1,3 xal və 2,9 ribaund qazanıb. 38 yaşlı basketbolçu son matçını noyabrın sonunda keçirib.

"Los Angeles Clippers" hazırda 36 qələbə və 17 məğlubiyyətlə Qərb Konfransında üçüncü yerdədir.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->