Xəbər lenti

Bayden və Blinken Ərdoğanın Aİ-yə üzvlüklə bağlı mövqeyini əvvəlcədən bilirdilər - KİV
Dünya 10:53 12.07.2023

Bayden və Blinken Ərdoğanın Aİ-yə üzvlüklə bağlı mövqeyini əvvəlcədən bilirdilər - KİV

ABŞ prezidenti Co Bayden və dövlət katibi Entoni Blinkenə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Aİ-yə üzvlük məsələsini gündəmə gətirəcəyi barədə əvvəlcədən məlumat verilib, bundan sonra yeni yol xəritəsi hazırlanıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə çərşənbə günü "Hürriyet" qəzeti mənbələrə istinadən məlumat yayıb.

İyulun 10-da Ərdoğan bildirib ki, İsveçin NATO-ya daxil olması Türkiyə Aİ-yə qəbul edildikdən sonra mümkün olacaq. Bu bəyanatdan sonra həmin gün NATO baş katibi Yens Stoltenberq bildirib ki, Ərdoğan İsveçin NATO-ya üzvlük ərizəsini Türkiyə parlamentinə ratifikasiya etmək üçün sənədləri "mümkün qədər tez" göndərməyə razılaşıb.

Nəşr qeyd edir ki, NATO sammiti başlamazdan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan ilk dəfə ABŞ dövlət katibi Blinkenə Türkiyənin Aİ məsələsini gündəmə gətirəcəyini bildirib. Klinton administrasiyası dövründə Türkiyənin AB-yə daxil olma prosesini dəstəkləyən Blinken telefonla Fidanı dəstəklədiyini təsdiqləyib.
"Blinken və Fidan arasında telefon danışığından sonra prezident Ərdoğan eyni mesajı ABŞ prezidenti Baydenə də göndərib. Bir qədər təəccüblənən Bayden Türkiyənin siyasətini dəstəkləyəcəyini açıqladı və yeni yol xəritəsi qüvvəyə mindi", - nəşr yazır.

Türkiyə 1963-cü ildə Aİ ilə (o zaman - AET) assosiasiya sazişi imzalayıb, 1987-ci ildə isə ittifaqa üzvlük üçün müraciət edib. Lakin üzvlüklə bağlı danışıqlar yalnız 2005-ci ildə başlayıb və fikir ayrılıqlarına görə dəfələrlə dayandırılıb. İndi danışıqlar dosyesinin 35 fəslindən 16-sı açıqdır.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->