Avrasiya Mükafatları çərçivəsində keçirilən tədbirdə mədəniyyət, incəsənət, media, biznes və vətəndaş cəmiyyətinin tanınmış nümayəndələri bir araya gəlib.
Qaynarinfo xəbər verir ki, gecə ərzində müxtəlif sahələrdə fəaliyyəti ilə seçilən şəxslər mükafatlandırılıb.
Tədbirdə təqdim olunan mükafatlardan biri jurnalist və xəbər proqramının aparıcısı Yeşim Eryılmaza verilib. O, Türk dünyası və Şimali Kipr Türk Respublikasına (ŞKTR) yönəlmiş fəaliyyəti və bu istiqamətdəki töhfələrinə görə “Türk Dünyasına Xidmət Mükafatı”na layiq görülüb.
Media sahəsində fəaliyyəti ilə tanınan Yeşim Eryılmaz mükafatı qəbul edərkən bu təltifdən qürur duyduğunu bildirib.
Avrasiya Mükafatları gecəsinin təşkilatçıları – “Çavdar Media”nın imtiyaz sahibi Mehmet Çavdar və “Avrasiya Səsi” xəbər saytının imtiyaz sahibi Mustafa Söyüt də tədbir iştirakçıları tərəfindən təbrik olunublar.
Dəvətlilər müxtəlif sahələrin nümayəndələrini bir araya gətirən tədbirin əhəmiyyətini vurğulayaraq, təşkilatçılara təşəkkür edib və fəaliyyətlərində uğurlar arzulayıblar.
Şərhlər