XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Qarşıdakı 10 ildə iqtisadi üstünlüyü kimlər qazanacaq? - Türk deputatdan önəmli təklif
Ekonomiks14:42 16.09.2026

Qarşıdakı 10 ildə iqtisadi üstünlüyü kimlər qazanacaq? - Türk deputatdan önəmli təklif

"Qarşıdakı 10 ildə ən böyük iqtisadi üstünlük süni intellektdən istifadə edənlərlə etməyənlər arasında yox, onun istehsalını həyata keçirənlərlə keçirməyənlər arasında olacaq".

Qaynarinfo xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü, deputat Kürşat Zorlu Türk Dövlətləri Təşkilatının (TDT) Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında çıxış edərkən deyib.

"Bu baxımdan Türk İnvestisiya Fondunun fəaliyyətə başlaması son dərəcə əhəmiyyətlidir. Fondun kapitalının 600 milyon dollara çatması və Türk Ticarət və Sənaye Palataları Birliyinin bu gün 2 milyondan çox müəssisəni təmsil etməsi, əlimizdə güclü iqtisadi infrastrukturun olduğunu göstərir. Lakin bundan sonrakı mərhələdə daha böyük düşünməliyik", - K.Zorlu deyib.

O, türk dünyasının nəqliyyat, enerji, rəqəmsal infrastruktur, yaşıl transformasiya və sənaye investisiyalarının maliyyələşdirilməsi üçün aşağıdakı təkliflərlə çıxış edib:

- Uzunmüddətli layihə maliyyələşdirilməsi;

- Ortaq zəmanət mexanizmləri;

- Kapital bazarları arasında əlaqələrin qurulması;

- Ortaq investisiya fondları və dövlət-özəl sektor tərəfdaşlıqlar.