Xəbər lenti

Baydenin Paşinyana ünvanladığı məktubun məqsədi: Baş naziri nə gözləyir?
Dünya 23:33 26.09.2023

Baydenin Paşinyana ünvanladığı məktubun məqsədi: Baş naziri nə gözləyir?

"Baydenin Paşinyana məktubu onu gözlənilən təhlükədən qorumağa, Ermənistandakı xaosu yumşaltmağa, buradakı Rusiyapərəst qüvvələri neytrallaşdırmağa hesablanıb”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov ABŞ prezidenti Co Baydenin Ermənistanın baş naziri Nikol Paşinyana məktubunu şərh edərkən deyib.

Əlimusa İbrahimov bildirib ki, Ermənistanda hazırda vəziyyət həddən artıq gərgindir: 

"Ölkənin siyasi-iqtisadi vəziyyəti ağırdır. Son proseslər fonunda Paşinyanın da durumu çətinləşib. O, istefanın, yaxud da hakimiyyətdən uzaqlaşdırılmanın bir addımlığındadır. Ermənistandakı rusiyayönümlü qüvvələr Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa çalışırlar. Bunun  qarşısını almaq üçün ABŞ tərəfindən addım atılması lazım idi".
 


Politoloq deyib ki, Baydenin məktubunun bir məqsədi var: 

"Həmin məktubla Bayden Paşinyanı dəstəklədiyini və onu gözlənilən təhlükədən qorumaq niyyətini ifadə edib. Rusiyanın Ermənistana gözlənilən təhdidlərinin qarşısını almaq üçün Vaşinqton tərəfindən müəyyən addımlar atılmalı idi ki, indiki mərhələdə bu addım bəyanatlar formasında oldu. Bir sözlə, Baydenin məktubu Paşinyanı gözlənilən təhlükədən qoruyaraq, onun hakimiyyətinin möhkəmləndirməsinə, Ermənistandakı xaosu yumşaltmağa, buradakı qərbpərəst qüvvələri marginallaşdırmağa xidmət edir. Məktub Ermənistan cəmiyyətini parçalamaq, Rusiyapərəst qüvvələri neytrallaşdırmağa hesablanıb”. 

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden Ermənistan baş naziri Paşinyana məktub ünvanlayıb. Məktubda ABŞ prezidenti Ermənistanı müstəqillik günü münasibətilə təbrik etməklə yanaşı, Qarabağda etnik ermənilərin ölümünə yas tutduqları qeyd edilib. Bayden həmçinin Ermənistanın regionda layiqli və davamlı sülh uğrunda mübarizəsinə ciddi dəstək verdiyini də diqqətə çatdırıb:

"Ermənistan Azərbaycanla sülh danışıqlarında iştirak etməklə ərazi bütövlüyü, müstəqillik kimi meyarlara sadiq qaldığını göstərir. ABŞ sizin hökumətlə işləmək  və yaranan humanitar tələbləri həll etmək əzmindədir. Həmçinin, enerji diversifikasiyası,  təhlükəsizlik sahəsində də əməkdaşlığı gücləndirəcəyik, hansı ki, bu yaxınlarda baş tutan hərbi təlimlər bunu göstərir. ABŞ-ın erməni icması  ölkəmizdə güc mənbəyi olaraq qalmaqdadır.  Növbəti illərdə ölkələrimiz araslnda əlaqələrin daha da dərinləşməsi və məhkəmlənməsini davam etdirmək əzmindəyəm”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->